“Business Breakfast” görüşü

Bugün “Güllü“ restoranında 2022-2023 Marsol Group sponsoru “GFC” şirkəti ilə birlikdə təşkil etdiyimiz “Business Breakfast” görüşündə 40-dan çox partnyor bir araya gəldi. Görüşdə iştirak edən sahibkarlar arasında baş tutan tanışlığın ardından Marsol Group-un gələcək fəaliyyətləri və yerli istehsalatın inkişafını hədəfləyən “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” haqqında məlumat verildi. Dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, KOB-ların bazarlara çıxışına dəstək şöbəsinin müdiri Emil Məmmədov və Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də görüşdə iştirak edərək sahibkarlarla həmsöhbət oldular. Bununla yanaşı partnyorumuz “Maurrra Group” şirkətinin rəhbəri Məhəmməd Allahverdiyev çıxış edərək “Vergi qanunvericiliyi və nağd əməliyyatların aparılması” mövzusunda təcrübələrini bölüşdü. Partnyorlarımız üçün faydalı olduğunu düşündüyümüz təqdimatdan sonra müzakirələr edildi və suallar cavablandırıldı. Qeyd edək ki, “Maurrra Group” ümumi mühasibat, maliyyə uçotu, audit, marketinq və biznesin təşkili, əmlakın qiymətləndirilməsi və uçota alınması xidmətləri göstərir. “GFC” şirkəti isə beynəlxalq françayzinq müqaviləsi əsasında , Pizza Hut və restoranlar şəbəkəsinin sahibidir. Cəmiyyətə məxsus 30 restoran Bakı, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərir. Başda “GFC” şirkətinin rəhbəri Zaur Məmmədov olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
İştirak edən şirkətlər: https://bit.ly/48ke2Uz





